İki gün əvvəl kanalda batan Əkbərin FOTOsu
Beyləqanda kanalda batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Köhnə Xanqızı kanalının rayon ərazisindən keçən hissəsində batan Eyvazallar kənd sakini Qasımov Əkbər Nizami oğlunun meyiti batdığı yerdən 100 metr aralıda aşkarlanıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.