İki övladla çıxmışdım, üç övlad, beş nəvə ilə kəndə qayıdıram - Ağalı sakini
Zəngilandan çıxanda 30 yaşım vardı, ailəli idim. İki övladım vardı. İndi oraya qayıdan oğlum mənim oradan çıxdığım yaşdadır.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakini Validə Səmədova deyib.
"Üç övladım, beş nəvəmlə kəndə qayıdıram. Çox sevincliyəm. Bu günü çoxdan gözləyirdik", - o vurğulayıb.
Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.
meqale.com