İki sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) iki fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
meqale.com bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bu qərar dekabrın 24-də "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv olunub.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısını təqdim edirik:
№
Sığorta agentinin adı
Lisenziyanın
tarixi
Lisenziyanın nömrəsi
Ləğvin hüquqi əsası
1
Əliyeva Nərgiz Şirin qızı
28.11.2023
SA-0304
"Sığorta fəaliyyəti haqqında" AR Qanunu, 107.1.1-ci maddə
2
Seyfullayeva Qızqayıt Canbaba qızı
18.02.2010
000328
"Sığorta fəaliyyəti haqqında" AR Qanunu, 107.1.3-cü maddə