Gümüşün qiyməti tarixi rekord vurdu
"Comex" birjasında, yəni Nyu-York əmtəə birjasının tərkib hissəsində gümüş üzrə fyuçerslərin qiyməti rekord səviyyəyə yüksəlib.
meqale.com xəbər verir ki, gümüşün bir troya unsiyasının (təxminən 31 qram) dəyəri ilk dəfə 66 dollar həddini keçib.
Bakı vaxtı ilə saat 07:01-də qeydə alınan göstəricilərə görə, qiymətli metalın qiyməti 4,07 faiz artım nümayiş etdirərək bir troya unsiyası üçün 66,175 dollara qədər bahalaşıb.