İki tramvay toqquşub, xəsarət alanlar var
Çexiyanın Pilsen şəhərində iki tramvay toqquşub.
meqale.com oxuya istinadən xəbər verir ki, Çexiyanın Pilsen şəhərinin Karlovı Varı küçəsində iki tramvay toqquşub.
İlkin xəbərə görə, hadisə zamanı uşaqlar da daxil olmaqla, təxminən 30-35 nəfər xəsarət alıb. Yanğınsöndürənlər əzilmiş tramvaylardan insanları çıxarır, həkimlər zərərçəkənlərə yardım göstərir.