İkili uşaqlığı olan amerikalı qadın iki günə iki uşaq dünyaya gətirib - FOTO

"Hər bir körpə ayrıca spermatozoidlə mayalanan ayrıca yumurta hüceyrədən inkişaf edib..."

İkili uşaqlığı olan amerikalı qadın iki günə iki uşaq dünyaya gətirib - FOTO
"Hər bir körpə ayrıca spermatozoidlə mayalanan ayrıca yumurta hüceyrədən inkişaf edib..."

"Hər iki uşaqlıqda hamilə qalmaq ehtimalı haradasa milyonda bir dəfə baş verir..."

"Ana bətnində iki döl ayrıca "mənzillərdə" inkişaf edib..."

"İkili uşaqlıq" kimi nadir anomaliyası olan amerikalı qadında iki günə iki doğuş baş verib. Doğuşlar ümumilikdə 20 saat davam edib.

meqale.com moderator.az-a istinadən xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Kelsi Hetçer 17 yaşından özünün nadir anatomik xüsusiyyətindən-uşaqlığın tam ikiləşməsindən (uterus didelphys), həm də uşaqlığın hər birinin öz yumurtalığı ilə birləşməsindən xəbərdar olub.

Əvvəlki üç hamiləlik tamamilə adi qaydada baş verib. Dördüncü hamiləlik planlaşdırılmayıb. Bu dəfə qadın güman edib ki, yalnız bir uşağa hamilədir, amma ultrasəs müayinəsi göstərib ki, ikinci uşaqlıqda da həmçinin embrion inkişaf edir.

"Biz buna, sadəcə, inana bilmirdik", - Kelsi xatırlayıb.

Doğuşlar Birminqemdə Alabama Universitetində (UAB) həkimlərin daimi nəzarəti altında keçirilib, onları eyni zamanda iki bbc mama-ginekoloqlar briqadası qəbul edib.

Kelsi çərşənbə axşamı gecəsi bir qızını, çərşənbə günü isə ikinci qızını dünyaya gətirib. Birinci qız Roksi təbii yolla dekabrın 19-da yerli vaxtla təxminən saat 19:45-də doğulub. İkinci qızı Rebel Qeysəriyyə əməliyyatı ilə 10 saatdan sonra dünyaya gəlib.

Qızlar əkiz hesab edilir, lakin onların doğum günləri üst-üstə düşmür ki, bu da nadir hallarda rast gəlinir.

Xəstəxananın mama-ginekologiya şöbəsinin həkimi Şveta Patel BBC-yə müsahibəsində qeyd edib ki, UAB əməkdaşlarının belə vəziyyətdə necə işləmək barədə "böyük həcmdə məlumatı" olmayıb, ona görə də onlara tipik hamiləlık barədə öz biliklərindən istifadə etmək lazım gəlib.

Doğuşları qəbul edən professor Riçards Devis qeyd edib ki, körpələrin hər biri "artım və inkişaf üçün əlavə məkanla" təmin edilib.

Onun sözlərinə görə, bu, ona görə baş verib ki, adi əkiz hamiləlıkdən fərqli olaraq hər bir körpənin öz uşaqlığı olub.

"Axı, iki körpə bir qarında və eyni zamanda olub. Sadəcə, onların "mənzilləri" müxtəlif olub", - professor deyib.

O, izah edib ki, qızlar müxtəlif yumurtalı əkizlər hesab edilir, bu termindən o zaman istifadə edilir ki, hər bir körpə ayrıca spermatozoidlə mayalanan ayrıca yumurta hüceyrədən inkişaf edir.

İkili uşaqlıq anadangəlmə patologiyadır, bu zaman bu orqan yuxarı hissəsində ikiləşir. Bəzi hallarda uşaqlığın hər iki hissəsi tam inkişaf etmiş orqan ola bilər, o zaman embrion adəti üzrə inkişaf etməyə qadirdir, amma ikinci uşaqlıq "boş" qalır.

Həkimlərin məlumatına görə, bu qədər nadir anadangəlmə anomaliya 0, 3 faiz qadınlarda rast gəlinir. Hər iki uşaqlıqda hamilə qalmaq ehtimalı isə daha azdır, haradasa milyonda bir dəfə baş verir", - UAB həkimləri qeyd edib.