İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir

Seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində liderdir.

meqale.com Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, 6537 məntəqədən daxil olan məlumatlar əsasında digər namizədlərin isə topladığı səs faizi aşağıdakı kimidir.

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,98 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,53 faiz. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun