İlham Əliyev bir çox təhlükəli vəziyyətlərdə xalqına sadiq olub və ölkənin maraqlarını müdafiə edib - İqor Korotçenko

Prezident İlham Əliyev bir çox təhlükəli vəziyyətlərdə xalqa sadiq qalıb və ölkənin mənafeyini qoruyub.

İlham Əliyev bir çox təhlükəli vəziyyətlərdə xalqına sadiq olub və ölkənin maraqlarını müdafiə edib - İqor Korotçenko
Prezident İlham Əliyev bir çox təhlükəli vəziyyətlərdə xalqa sadiq qalıb və ölkənin mənafeyini qoruyub.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko özünün Telegram kanalında yazıb.

"Prezident İlham Əliyevin qələbəsi lap əvvəldən xalqın iradəsi ilə müəyyən edilib, o, bir çox təhlükəli vəziyyətlərdə xalqa sadiq olub, ölkənin mənafeyini qoruyub.

Azərbaycanın dostları, dövlət başçıları Prezident İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik edirlər. Biz də buna sevinirik. Prezident İlham Əliyev həm də Rusiya dövlətinin dostudur. Hər iki ölkə siyasi və iqtisadi baxımdan tərəfdaş olmaqda davam edəcək", - nəşr yazır.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.