İlham Əliyev bütün regionun çiçəklənməsinə şərait yaradıb - Argentinalı ekspert
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün regionun çiçəklənməsinə şərait yaradıb.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə Argentina Beynəlxalq Əlaqələr Şurasının (CARİ) keçmiş akademik direktoru, ekspert Xuan Bataleme deyib.
O, Prezident İlham Əliyevlə hələ ötən ilin dekabr ayında Bakıda keçirilən forum zamanı görüşdüyünü xatırlayıb.
"Mən CARİ-nin akademik direktoru qismində orada olarkən gördüyüm ən gözəl şey ölkənin gələcəyinə əminliklə baxan cəmiyyət olub", - o deyib.
Batalemenin sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti sayəsində ölkə ərazi bütövlüyünü bərpa edib və gələcəyə əminliklə baxaraq ətrafdakı hər kəs üçün ümumi gələcək yaradır.
O, Prezident İlham Əliyevin ölkəsində SSRİ dağıldıqdan sonra yaranan problemləri həll etdiyini bildirib.
"O, döyüş qabiliyyətli ordu yaratmağa və regionun geosiyasi məhdudiyyətlərinə baxmayaraq, hədəflərin əldə olunmasına doğru irəliləməyə müvəffəq oldu", - ekspert deyib.
Bataleme Prezident İlham Əliyevin Azərbaycanın hazırda üzləşdiyi və yaxın gələcəkdə üzləşə biləcəyi geosiyasi çağırışlara dair aydın baxışa malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Prezient İlham Əliyev körpülər inşa etməklə ölkənin bütün qonşularına rifahlı gələcək təklif edir.
O, Prezident İlham Əliyevin ötən ilin dekabrında ADA universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" forumunda çıxışında həmçinin, regionda infrastrukturun əhəmiyyətindən və Azərbaycanda bu planda atılan addımlardan bəhs etdiyini xatırladıb.
"Həqiqətən, infrastruktursuz coğrafiya sadəcə xəritədə bir yerdir. Bakının və xüsusən, Prezident İlham Əliyevin regionun infrastrukturunun və kommunikasiyalarının inkişafı üçün etdikləri isə böyük töhfənin daha bir hissəsi olacaq", - deyə Xuan Bataleme sonda bildirib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun