İlham Əliyev Əsgəran qəsəbəsində bayrağımızı ucaldıb - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

meqale.com