İlham Əliyevin əlindən tutduğu balaca Nilay: "Birlikdə maraqlı söhbət etdik"

Prezident İlham Əliyev sentyabrın 27-si - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

İlham Əliyevin əlindən tutduğu balaca Nilay:
Prezident İlham Əliyev sentyabrın 27-si - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Açılışla bağlı yayılan görüntülərdə dövlət başçısı balaca bir qızın əlindən tutaraq fotolar da çəkdirib.

Məlum olub ki, həmin balacanın atası, anası və nənəsi ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində şəhid olublar. Balaca qızcığaz isə möcüzə nəticəsində dağıntılar altından sağ çıxarılan Nilaydır.

"Prezidenti tanıyırdım, televiziyada çox görmüşdüm. Yaxşı babadır, onu çox sevdim. Birlikdə maraqlı söhbət etdik. Prezidenti görməyi çox istəyirdim, sevinirəm ki, bu arzum yerinə yetdi. Parkın tikildiyi yerdə əvvəllər evimiz var idi. Ora bomba atdılar, evimiz dağıldı. İndi isə həmin yerdə yeni park salıblar", - Nilay Əliyeva söyləyib.