İlham Əliyevin ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək - Türkiyə səfiri
Prezident İlham Əliyevin Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı "500 illik uğurlu siyasət: Keçmişdən bu günə Türkiyə Xarici İşlər Təşkilatı" adlı tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub.
"Bu bayraq heç zaman enməyək. Cənab Prezident İlham Əliyevi, qardaş Azərbaycanı təbrik edirəm, zəfəriniz xeyirli olsun", - deyə səfir əlavə edib.
meqale.com