İlham Kazımov yüksək vəzifəyə təyinat aldı
Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kadr təyinatı olub.
meqale.com report-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor İlham Kazımov mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat alıb.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Səhiyyə Nazirliyindən də faktı "Report"a təsdiqləyiblər.
Qeyd edək ki, İ.Kazımov bundan əvvəl həmin tibb müəssisəsinin elmi katibi vəzifəsində çalışıb. meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun