İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.

İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

"Report" xəbər verir ki, qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünüb.

13.20

İlin ilk Günəş tutulması hadisəsi başlayıb.

Bu, qismən Günəş tutulmasıdır.

Günəş tutulması saat 16:43:25-də sona çatacaq.

Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Qeyd edək ki, tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.