İlin sonu Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi bu qədər olacaq - Səfir

Azərbaycan və Türkiyə arasında bu ilin 10 ayında 6,7 milyard dollar dəyərində ticarət əməliyyatları aparılıb. Bu rəqəmi ilin sonunadək 20 faiz artıracağıq.

meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün Bakıda keçirilən "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusundakı konfransda deyib.

Səfir bildirib ki, bu ilin sonunadək ölkələrimiz arasında ticarət dövriyyəsi 7,5 milyard dollar olacaq.

C.Bağçı diqqətə çatdırıb ki, Azərbaycanla münasibətlər bütün sahələrdə inkişaf edir:

"Bu münasibətlərdə iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Əsas hədəfimiz Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır və hazırki rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir".