İlk dəfə balıq tutmağa getdi və dünya rekordunu qırdı - FOTO

İlk dəfə balıq tutmağa gedən amerikalı 85,5 kiloqramlıq nəhəng opa tutub və bununla da dünya rekordunu qırıb.

İlk dəfə balıq tutmağa getdi və dünya rekordunu qırdı - FOTO
İlk dəfə balıq tutmağa gedən amerikalı 85,5 kiloqramlıq nəhəng opa tutub və bununla da dünya rekordunu qırıb.

meqale.com oxuya istinadən bildirir ki, Kaliforniyadan olan Bo Liman dostları ilə okeana balıq tutmağa gedib. Axşama yaxın onların gəmisinin kapitanı sonarın təxminən doqquz metr dərinlikdə balıq sürüsünü göstərdiyini deyib. Liman da "isinmək üçün" tilovu 90 metrə atmağa qərar verib.

O, tilovu çəkmək istəyəndə nəyə isə ilişdiyini görüb və bunun daş olduğunu düşünüb. Ancaq sonra yanıldığını anlayıb. Çünki, tilovu okeanın dibinə çatacaq qədər uzun deyildi. Liman bunu təcrübəsi çox olan dostlarına deyəndə onlar qarmağa hansısa böyük canlının düşdüyünü bildiriblər.