İlon Mask: Bəşəriyyət başqa planetlərdə məskunlaşmalıdır

Bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.

İlon Mask: Bəşəriyyət başqa planetlərdə məskunlaşmalıdır
Bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.

meqale.com report.az-a istinadən xəbər verir ki, bunu "SpaceX", "Tesla" şirkətlərinin, eləcə də "X" sosial şəbəkəsinin sahibi İlon Mask bildirib.

"Bəşəriyyətin Ayda bazası, Marsda şəhərləri olmalıdır!", - o, sosial şəbəkə səhifəsində yazıb.

İlon Mask Aya sonuncu enişdən 50 il keçdiyini xatırladıb və əlavə edib ki, bu, bir sivilizasiya olaraq bizim ən yüksək nailiyyətimiz hesab oluna bilməz.