İlon Mask universitet açacaq

Amerikalı iş adamı İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

İlon Mask universitet açacaq
Amerikalı iş adamı İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

meqale.com axar.az-a istinadən bildirir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq.

Təhsil müəssisələri təcrübəli müəllimlərdən ibarət olacaq və ənənəvi kurrikulumlarla, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri ilə birləşdiriləcək.

Qeyd edək ki, Ostin şəhərində İlon Maskın "Tesla" şirkətinin baş ofisi yerləşir.