İmişlidə yol qəzasında 9 yaşlı uşaq ağır xəsarət alıb

İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İmişlidə yol qəzasında 9 yaşlı uşaq ağır xəsarət alıb
İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2015-ci il təvəllüdlü Ə.Xancamov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.