İmran Xanın müşavirinin üzünə “kislota” atılıb
Naməlum şəxs Pakistanın keçmiş Baş naziri və "Ədalət naminə hərəkat" partiyasının rəhbəri İmran Xanın müşaviri Şəhzad Əkbərin üzünə "kislota" atıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "The Independent" qəzeti yayıb.
Hadisə Britaniyanın Hartfordşir qraflığında Əkbərin evinin yaxınlığında baş verib.
O bildirib ki, naməlum şəxs 4 yaşlı qızının gözü qarşısında onun üzünə "kislota" atıb. Əkbər eynək taxdığından gözlərinə ziyan dəyməyib. Xəstəxanaya çatdırılan pakistanlı müşavir 8 saatdan sonra evə buraxılıb.