İndi də "Qalatasaray" meydançanı tərk etdi
Türkiyə idmanında qalmaqallı hadisələr səngimək bilmir.
meqale.com xəbər verir ki, bu dəfə basketbol üzrə Türkiyə kubokunun yarımfinal görüşü gərgin anlara səhnə olub. Belə ki, "Fənərbaxça" - "Qalatasaray" oyununda birincilərin azarkeşləri meydançaya yad əşyalar atıblar.
Vəziyyətin arzuolunmaz olduğunu görən "Cim-Bom"un basketbolçuları meydançanı tərk ediblər. "Fənərbaxça"nın üzvləri dərhal fanatlara yaxınlaşaraq, onları sakitləşdiriblər. Yalnız bundan sonra meydançaya qayıdan "Qalatasaray" oyunu davam etdirib. Qarşılaşma "Fənərbaxça"nın 89:74 hesablı qələbəsi ilə yekunlaşıb.