İngiltərədə oynayan türkiyəli futbolçu rekorda imza atdı

Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır "Arsenal"la qarşılaşmadakı çıxışı ilə adını tarixə yazdırıb.

İngiltərədə oynayan türkiyəli futbolçu rekorda imza atdı
Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır "Arsenal"la qarşılaşmadakı çıxışı ilə adını tarixə yazdırıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, matçda komandasının qapısını qoruyan Altay əsas vaxt da daxil olmaqla, ümumilikdə 2 penalti zərbəsini dəf edib. Bununla da o, 10 nəfər qalan "Mançester"i növbəti mərhələyə daşıyıb.

Bayındır həmçinin 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.