İnsult keçirən Xalq artistinin son vəziyyəti açıqlandı
İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq xüsusi palataya köçürülüb.
meqale.com xəbər verir ki, bu barədə "Report"a aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, Ənvər Həsənovun vəziyyəti stabildir.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbi ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.