İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416, № 6, maddə 1014, № 12, maddə 1923; 2021, № 5, maddə 434; 2022, № 8, maddə 891, № 10, maddə 1134) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"nin 6.2-ci bəndində "893 000 000 (səkkiz yüz doxsan üç milyon)" sözləri "980 700 000 (doqquz yüz səksən milyon yeddi yüz min)" sözləri ilə əvəz edilsin.

2. Bu Fərmanın 1-ci hissəsinin icrası "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1947 nömrəli Fərmanının 1.11.6.7.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 700 000 (səksən yeddi milyon yeddi yüz min) manat hesabına təmin edilsin.

meqale.com