“İran, Çin və Rusiya arasında müttəfiqlik narahatlıq doğurur”
Dünən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) baş komandanı Maykl Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edərkən deyib ki, Tehran husilərə silah tədarük edir və buna görə cavab verməlidir.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, o, İranın Çin və Rusiya ilə müttəfiqliyinin dünya üçün təhlükəli olduğunu bildirib.
Qeyd olunub ki, görüşdə Maykl Kurilla ABŞ hökumətindən və beynəlxalq təşkilatlardan İranın öz proksi qruplarına silah verməsinin qarşısını almaq üçün daha çox iş görmələrini istəyib.