İran Ermənistan üçün özünü "oda atır"
Məğlub ölkə Ermənistanın dəstəkçiləri arasında dildə bizə yaxın olduğunu söyləyənlər də var. Belə ki, Azərbaycanı daim "dost ölkə" kimi təqdim edib, əməldə isə bunun əksini edən İran Ermənistanın silahlanmasına aşkar kömək edir. Belə ki, İran vasitəsi ilə Hindistan silahları Ermənistana daşınır.
Teleqram kanallarında yayılan məlumatlara görə Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) və "Container Corporation India" (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana "strateji yüklərin ixrac"ına başlayıb. HALCON Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını da gerçəkləşdirib.Baş ofisi Rusiyanın Perm şəhərində yerləşən "Gelix Airlines" aviaşirkətinə məxsus "İlyuşin İl-76 TD" yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşınıb.Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan "İl 76-TD" yük təyyarəsi "RA-76360" reysi ilə uçaraq İrəvandakı "Zvartnos" aeroportunda enib. Təyyarənin yükü 214 mm çaplı "Pinaka" reaktiv yaylım atəşi sistemləri (RYAS) idi. Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 "Pinaka", zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb.
Rəsmi Dehli ermənilərin silahlandırılması üçün "hava dəhlizi" yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb. Daşınma İran vasitəsilə həyata keçirilib. Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək. İran da bu planın gerçəkləşməsinə imkan verməməlidir, çünki bu, ilk növbədə elə İranın özünə qarşıdır.
İranın Ermənistana silah daşınmasına şərait yaratması və ya göz yumması heç də təəccüblü gəlmədi, çünki, illər əvvəl də məhz belə bir hal yaşanmışdı. Ümumilikdə, İran hər zaman Azərbaycanın güclənməsinə qarşı çıxıb. Məsələn Rəşt şəhərində təşkil edilən "Talış - İran mədəniyyəti və tarixinin aynasında" adlı konfrans Azərbaycanın parçalanması ideyasının açıq şəkildə dəstəklənməsi deməkdir. Görünür, İran Azərbaycanın "ayağının altını qazır".
İslam meqale.com