İran İraqa çağırış etdi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Bagiri Bağdadda İraq daxili işlər naziri Əbdül Amir əl-Şammari ilə görüş keçirib.

İran İraqa çağırış etdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Bagiri Bağdadda İraq daxili işlər naziri Əbdül Amir əl-Şammari ilə görüş keçirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Görüş zamanı İran tərəfi İraqı Kürdüstan bölgəsində terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirməyə və onları sərhədyanı bölgələrdən sıxışdırmağa çağırıb:

"Hələ də İranla ortaq sərhəddə bir sıra terrorçu ünsürlərin mövcudluğuna dair qorxu və işarələr mövcuddur. İran və İraq arasındakı 1500 km-lik sərhəd dostluq, ticarət və turizm üçün etibarlı sərhəd olmalıdır".