İran ordusu "Karrar"dan istifadəyə başladı

İranın "Məcid" raketləri ilə təchiz edilmiş "Karrar" PUA-ları HHM qüvvələrinin inventarına daxil edilib.

İran ordusu
İranın "Məcid" raketləri ilə təchiz edilmiş "Karrar" PUA-ları HHM qüvvələrinin inventarına daxil edilib.

meqale.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyi və HHM qüvvələrinin birgə məhsulu olan "Karrar" PUA-sı üçün düşmən təyyarəsinin tutulması və məhv edilməsi qırıcıdan xeyli aşağı xərc tələb edir.

"Məcid" raketi isə həm videogörüntülərdən, həm də termal görüntüləmə məlumatlarından istifadə edərək hədəfi tapır və təqib edir.