İran parlamentinin saytına kiberhücum oldu
İran parlamentinin və "Khane-ye Mellat" agentliyinin saytlarına kiberhücum edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.
Məlumata görə, bu gün səhər saatlarından etibarən sözügedən saytlardan istifadə etmək mümkün deyil.
Hazırda kiberhücumun nəticələrinin miqyası müəyyənləşdirilir.