İran televiziyasının Qəzzadakı ofisi dağıdıldı
İran Radio və Televiziya Şirkətinin ərəbdilli "Əl-Aləm" kanalının Qəzzanın Rəmal bölgəsindəki ofisi İsrail qırıcılarının hücumu nəticəsində dağıdılıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İran Radio və Televiziya Şirkətinin İctimaiyyətlə əlaqələr bölməsi xəbəri təsdiqləyib.
Qeyd edək ki, İranın siyasi ideoloji təbliğat vasitələrindən biri olan "Əl-Aləm" şəbəkəsinin mərkəzi ofisi Tehranda yerləşsə də, onun Bağdad, Beyrut və Dəməşqdə də ofisləri fəaliyyət göstərir.