İran XİN-dən Azərbaycan Səfirliyi ilə bağlı Açıqlama
"Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı tərəflər yol xəritəsi müəyyən edib".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Naser Kənani brifinqdə deyib.
"Tezliklə Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsinin şahidi olacağıq", - deyə Kənani qeyd edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun