İran XİN rəhbərini Suriyaya aparan təyyarə geri qayıtmağa məcbur olub
İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahianı Suriyaya səfərə aparan təyyarə istiqamətini dəyişərək geri qayıtmalı olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Arabic" yayıb.
Məlumata görə, Abdullahianın təyyarəsi bu gün günorta saatlarında Suriyanın Dəməşq şəhərinin hava limanında yerə enməli idi.
Bildirilir ki, İsrail ordusunun Dəməşq aeroportuna zərbələr endirməsi və hava limanının uçuş-eniş zolağının zədələnməsi buna əngəl olub.