İran yeni müharibənin astanasındadır - SEPAH polkovniki

İordaniyada ABŞ hərbi bazasına hücumun arxasında İranın dayanması haqqında Amerika tərəfinin iddiası həqiqəti əks etdirir.

İran yeni müharibənin astanasındadır - SEPAH polkovniki
İordaniyada ABŞ hərbi bazasına hücumun arxasında İranın dayanması haqqında Amerika tərəfinin iddiası həqiqəti əks etdirir.

meqale.com xəbər verir ki, bu sözləri Axar.az-a SEPAH-ın sabiq əməkdaşı, polkovnik Əli Rzayi deyib.

Polkovnik bildirib ki, İran yeni müharibə astanasındadır:

"Hücumu Kataib Hizbullahın həyata keçirdiyi bildirilsə də, "Ən-Nücəba" (İraq Nücəba İslami Müqavimət Hərəkatı) məsuliyyəti üzərinə götürüb. "Nücəba" və "Kətaib" Həşdi-Şabi qruplaşmasına aiddir və İran tərəfindən raket və PUA-lar, maliyyə ilə təmin olunur. Yəni İran hər nə qədər etiraf etməsə də, hücum birbaşa onunla bağlıdır. İndiki durum isə İranın əleyhinədir. Hətta müharibə ehtimalı da mümkündür".

Polkovnikin sözlərinə görə, İranın bu cür hücumları təşkil etməkdə bir neçə məqsədi var: