İranda 2 polis öldürüldü
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda naməlum şəxslərlə polis arasında silahlı insident baş verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, silahlı insident nəticəsində 2 polis məmuru ölüb və 1 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar əlavə məlumat verilməyib.
Xatırladaq ki, aprelin 4-də "Ceyş əl-Ədl" terror qruplaşmasının Sistan və Bəluçestan vilayətində polis məntəqələrinə hücumu nəticəsində 15 iranlı hərbçi və zabit, eləcə də, 18 terrorçu öldürülüb.