İranda güclü partlayış - Ölənlər var - VİDEO

Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Susəngerd şəhərində yaşayış binasında güclü partlayış olub.

İranda güclü partlayış - Ölənlər var - VİDEO
Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Susəngerd şəhərində yaşayış binasında güclü partlayış olub.

meqale.com Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 1 körpə, 2 kişi, 5 qadın olmaqla 8 nəfər ölüb.

Bundan başqa, partlayışda 1 qadın, 3 azyaşlı uşaq yaralanıb.

Partlayış qaz sızması nəticəsində baş verib, yaşayış binası tamamilə dağılıb.