İranda hərbi gəmi qəzaya uğradı

İranda hərbi gəmi qəzaya uğrayıb.

İranda hərbi gəmi qəzaya uğradı
İranda hərbi gəmi qəzaya uğrayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, "Sahand" esminesinin bir hissəsi Bəndər-Abbas limanı yaxınlığındakı bazada batıb.

Qəzanın səbəbinin təmir zamanı gəminin balans çənində problemlərin yaranması ehtimalı olduğu bildirilir. Xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.