İranda neftayırma zavodunda yanğın

Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətinin İsfahan Neftayırma Şirkətinin bir zavodunda yanğın baş verib.

İranda neftayırma zavodunda yanğın
Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətinin İsfahan Neftayırma Şirkətinin bir zavodunda yanğın baş verib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

İndiyədək yanğın nəticəsində hər hansı itkinin olmadığı bildirilir.

Əlavə edək ki, İranın İsfahan Neftayırma Şirkəti 1979-cu ildə fəaliyyətə başlayıb. Şirkət gündəlik təxminən 375 min barel xam neft emal edə bilər. Hazırda ölkənin yanacağının təxminən 25%-i təmin edir. Bu şirkətdə, əsasən, benzin və dizel istehsal edilir. Avro-5 standartına uyğun gündəlik 12 milyon litr benzin, Avro-5 standartına uyğun gündəlik təxminən 20 milyon litr dizel istehsal olunur.