İranda ölənlərin sayı 65-ə çatdı - VİDEO
İranda yerli valyutanın devalvasiyası fonunda başlayan etirazlarda ölənlərin sayı 65-ə çatıb.
meqale.com xəbər verir ki, bu barədə İranın İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Bildirilib ki, etirazlarda 2311 nəfər saxlanılıb.
Etirazların on üçüncü gününə qədər toplanan məlumatlara əsasən, ölkə üzrə 31 əyalətin 180 şəhərində 512 yerdə nümayişlər keçirilib.