İranda prezident seçkisinin nəticəsi təsdiqləndi

İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.

İranda prezident seçkisinin nəticəsi təsdiqləndi
İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.

meqale.com axar.az-a istinadən bildirir ki, şura nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb.

"Nəticələr təsdiqləndi", - deyə o bildirib.

İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.

Seçkilərin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.