İranda qalmaqala səbəb olan toy görüntüləri – VİDEO

İranda sosial mediada yayılan və İran lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmhaninin qızının toyuna aid olduğu iddia edilən görüntülər ölkədə geniş rezonans yaradıb. 

meqale.com xəbər verir ki, Əli Şəmhaninin qızını əlindən tutaraq zalda aparması, gəlinliyin dəbdəbəli və ənənəvi qaydalardan kənar olması, məcburi hicab qaydasına əməl etməyən qadınların toyda sərbəst şəkildə iştirak etməsi və bəyin kəpənək qalstuk taxması xeyli müzakirə olunub.

Bu detallara görə sosial mediada "xalq üçün tətbiq edilən qaydaların hakim elita üçün keçərli olmadığı" yönündə sərt tənqidlər səsləndirilib.

Videoda, Şəmhani və bəyin qarşısında hicabsız qadınların olması xüsusilə qəzəb doğurub.