İranda qar uçqunu: alpinistlər öldü

İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux dağının ətəyində qar uçqunu baş verib.

İranda qar uçqunu: alpinistlər öldü
İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux dağının ətəyində qar uçqunu baş verib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə bir qrup alpinist uçqun altında qalıb.

Lorestan Tibb Elmləri Universitetinin yerli tibb rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb.