İranda SEPAH-ın iki üzvü öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic könüllü bölməsinin iki döyüşçüsü ölkənin cənub-şərqində naməlum şəxslərin hücumu nəticəsində ölüb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Qeyd olunur ki, əsgərlər Zahidan-Bam dəmir yolu marşrutunda təhlükəsizlik postuna hücum nəticəsində ölüblər.
Xatırladaq ki, fevralın 11-də Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində 9 Pakistan vətəndaşı həlak olub.