İrandan gələn təyyarədə bomba olub?
Almaniyanın Hamburq hava limanında bazar ertəsi elektron poçtla gələn bomba təhdidindən sonra bütün uçuşlar təxirə salınıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə federal polis nümayəndəsi məlumat yayıb.
Məlumata görə, içərisində 198 sərnişinin olduğu təyyarədə polislər tərəfindən yoxlanış aparılıb, həmçinin, sərnişinlər sorğu-sual edilib.
Nümayəndə əlavə edib ki, hava limanının yanğınsöndürmə briqadası axtarışlara cəlb olunduğu üçün uçuş və ya eniş mümkün deyil.