İrandan husilər üçün raket daşıyan gəmi batırıldı

ABŞ hərbçiləri Somali sahilləri yaxınlığında husilərə göndərilən gəmidə İran istehsalı raket başlıqları ələ keçirib.

İrandan husilər üçün raket daşıyan gəmi batırıldı
ABŞ hərbçiləri Somali sahilləri yaxınlığında husilərə göndərilən gəmidə İran istehsalı raket başlıqları ələ keçirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Nəşr ABŞ hərbçilərinin sənədləri olmayan gəmidə axtarış apardığını yazıb. Axtarış zamanı gəmidə olan 12 nəfər həbs edilib. Daha sonra gəmi ABŞ hərbçiləri tərəfindən batırılıb.

Axtarış zamanı iki amerikalı əsgər dənizə düşüb. Onların axtarışları hələ də davam edir.