İranın “İmam Hüseyn” diviziyasına savaş açdılar – İlk zərbə endirildi
İsrail Müdafiə Qüvvələri (SAXAL) bu səhər Livanın cənubunda "Hizbullah" terror təşkilatı ilə birlikdə fəaliyyət göstərən İrana bağlı "İmam Hüseyn" diviziyasına aid yaraqlılara məxsus maşına zərbə endirdiyini təsdiqləyib.
meqale.com teleqraf.com-a istinadən xəbər verir ki, terrorçuların bölgədəki hədəfləri raketlərlə vurulub.
Zərbə nəticəsində 5 yaraqlı ölüb.
SAXAL həmçinin bildirir ki, qırıcı təyyarələrlə "Hizbullah"ın mövqeləri və iki obyektinə zərbələr endirilib.