İranın yol və şəhərsalma naziri Zəngilana gəlib - FOTO

Oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.

İranın yol və şəhərsalma naziri Zəngilana gəlib - FOTO
Oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, iranlı naziri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Zəngilanda qarşılayıb.

Əvvəlcə qonağa yeni istifadəyə verilən Zəngilan Beynəlxalq Hava limanı ilə bağlı məlumat verilib.

Daha sonra tərəflər arasında görüş keçirilib. Şahin Mustafayev işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.