İranlı müğənni Azərbaycan mahnısı oxudu - VİDEO
Tanınmış iranlı müğənni Sara Mahmoud Pour Azərbaycan mahnısı oxuyub.
meqale.com axşam.az-a istinadən bildirir ki, o, "O, dedi yox, yox, yox" mahnısını musiqiçilərin müşayiəti ilə canlı ifa edib. Bəstənin musiqisi Tofiq Quliyev, sözləri isə Zeynal Cabbarzadəyə məxsusdur.
Həmin ifasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Sara "Bizə bir "ürək" yazın" şərhini qeyd edib. Onun ifasına həm azərbaycanlılar, həm də iranlılar bəyəni işarəsi qoyub.