İranlı rejissor həbs edildi
İranda məşhur rejissor Səid Rustayi həbs edilib.
meqale.com axşam.az-a istinadən bildirir ki, o, 6 ay azadlıqdan məhrub olunub. Buna səbəb isə rejissorun lentə aldığı "Leylanın qardaşları" filmi olub.
Ekran işi Kann Film Festivalında nümayiş etdirildiyi üçün Səid rejim əleyhinə təbliğat aparmaq da ittiham olunub. Hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.