İraqda əyləncə mərkəzində atraksion yerə çırpıldı - 16 nəfər yaralandı
İraqda əyləncə mərkəzində fırlanan yelləncək yerə çırpılıb. Nəticədə 14-ü uşaq olmaqla 16 nəfər yaralanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "İHA" məlumat yayıb.
"Xəyallar şəhəri" adlı əyləncə mərkəzindəki qəza ilə bağlı araşdırma başlanıb.
Lunapark qəza səbəbilə fəaliyyatini müvəqqəti olaraq dayandırıb.