İrəvan aeroportunda aclıq aksiyası keçirmiş jurnalist Fransaya qayıtdı

İrəvanın "Zvartnots" hava limanında 41 gün aclıq aksiyası keçirmiş erməniəsilli fransız jurnalist Leo Nikolyan ölkəsinə qayıdıb.

İrəvan aeroportunda aclıq aksiyası keçirmiş jurnalist Fransaya qayıtdı
İrəvanın "Zvartnots" hava limanında 41 gün aclıq aksiyası keçirmiş erməniəsilli fransız jurnalist Leo Nikolyan ölkəsinə qayıdıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" məlumat yayıb.

L.Nikolyan, sosial şəbəkədə canlı yayımda 19 kiloqram arıqladığını qeyd edib: "Mübarizəni davam etdirmək üçün özümə gəlməliyəm, sağlamlığımı yaxşılaşdırmalı, yemək yeməliyəm".

Jurnalist bildirib ki, mübarizəni davam etdirəcək. O, Fransa Milli Assambleyasına getmək və Ermənistanda baş verənlərlə bağlı danışmaq niyyətindədir.